Qarabağ Azərbaycanın dilbər guşəsi, musiqi beşiyimizidr. Bu səfalı torpaq xalqımıza Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski kimi ustad sənətkarlar vermişdir. Qarabağda dünyaya gələn hər kəsin mayası ana südü kimi musiqidən yoğrulmuşdur. Qarabağın təbiəti də bir musiqidir, ahəng tutub gözəlliyə meydan oxuyur, füsunkarlığı ilə ürəkləri fəth edir. Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir. Qarabağ tək öz təbiəti, saf havası, şəffaf suyu ilə deyil, həm də qəhrəman oğulları, mərd insanları ilə də seçilmişdir. Qarabağ bizim həm bu günümüz, həm də sabahımızdır. Qarabağ bizim sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir. Qarabağımıza yazılmış bir çox əsərlər var. Bu əsərləri oxuduqca könlümüzdəki Qarabağ sevgisi birə-beş artır. Qarabağ düşmən tapdağı altında olarkən, xalqımızın ürəyində böyük bir dağ idi. Hər bir kəs Qarabağ həsrətilə yaşayırdı. Həmişə babam və nənəm mənə Qarabağın gözəlliklərindən danışarkən onların gözləri dolur, o gözəl torpaqlara qayıtmağı arzulayırdılar. Mən Qarabağı görməsəm də xəyallarımda hər zaman canlandırıram. İstəyirəm ki, mən də Qarabağa gedib bütün torpaqlarımızı qarış-qarış gəzim. Məscidləri ziyarət edim, billur kimi təmiz suyundan içim, İsa bulağında, Cıdır düzündə olum. Şükürlər olsun ki, torpaqlarımız artıq azaddır. Artıq xalqımız sevincli, qürurlu günlər yaşayır. Biz bu qələbəni Ali Baş Komandanımız və Ordumuz sayəsində yaşadıq. Qarabağımız uğrunda şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz ömrümüzün sonuna qədər onlara borcluyuq. Qarabağı işğaldan azad etdik və şəhidlərimizin qisası alındı. Mən çox sevinirəm ki, gedib o gözəl yerləri görəcəyik, daim öz doğma torpağımızda yaşayacağıq.Bir əlimdə Bayrağım, bir əlimdə silahım,Dilimdə yurd nəğməsi, başım üstə Allahım.O, mənim qibləgahım, o, mənim səcdəgahım, Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,Qarabağa gedirəm! Şuşadan at çapıb düz Ağdama gələrdim,Cıdırəndan baxanda Laçınımı görərdim. Hər yan Vətən torpağı, mən hər yana gedərdim, O dövrana qayıdıb, mən o çağa gedirəm. Qarabağa gedirəm!Fəridə HƏSƏNOVA,Xocalı rayon Kosalar kənd tam orta məktəbin IV sinif şagirdi